Hesablar planı
Digər adları: Mühasibat uçotu hesablar planı · План счетов
Hesablar planı — müəssisənin bütün təsərrüfat əməliyyatlarının yazıldığı hesabların kodlu, bölmələrə ayrılmış rəsmi siyahısıdır.
Mühasibatlıqda hər əməliyyat konkret hesaba yazılır: bank hesabındakı pul, anbardakı mallar, alıcıların borcu, vergi öhdəlikləri, gəlir və xərclər hər biri öz kodunu daşıyır. Kommersiya təşkilatları üçün hesablar planını Maliyyə Nazirliyi təsdiq edir.
Kodun birinci rəqəmi hesabın bölməsini göstərir:
- 1 — uzunmüddətli aktivlər
- 2 — qısamüddətli aktivlər
- 3 — kapital
- 4 — uzunmüddətli öhdəliklər
- 5 — qısamüddətli öhdəliklər
- 6 — gəlirlər
- 7 — xərclər
- 8 — mənfəət (zərər)
- 9 — mənfəət vergisi
Üç rəqəmli kod hesabın özüdür (məsələn, 205 «Mallar»), onun altında subhesablar açılır. Rəsmi sənədlərdə subhesab defislə yazılır (611-8), proqramlarda isə çox vaxt nöqtə ilə (611.8) — ikisi eyni hesabdır.
205 — Mallar211 — Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları223 — Bank hesablaşma hesabları521 — Vergi öhdəlikləri601 — Satış