Mühasiblər üçün
Bir neçə müəssisənin uçotu — bir hesabdan, yoxlanmış rəqəmlərlə.
Müəssisələr arasında keçid bir kliklə edilir, icazələr isə hər müəssisədə ayrıca verilir. Bağlanmış dövrə yazılış getmir, bəyannamə isə göndərilməzdən əvvəl sənədlər və baş kitabla tutuşdurulur.
Göndərmədən əvvəl
Bəyannamə portala çatmazdan əvvəl yoxlanılır.
Hər əlavə mənbə sənədlərdən yığılır və baş kitabla tutuşdurulur. Bloker tapılsa fayl yaranmır — yarımçıq rəqəmlə bəyannamə hazırlamaq mümkün deyil. Xəbərdarlıq göstərilir, qərar mühasibindir.
- 37
- ƏDV əlavələrinin yoxlaması
- 35
- vahid bəyannamənin yoxlaması
- 5
- 4-əmək hesabatının yoxlaması
- VAT-T03 Satış reyestrinin dövriyyəsi Əlavə 3-də tam əks olunub Keçdi
- VAT-REC1 Əlavə 3-ün ƏDV cəmi baş kitabdakı hesablanmış ƏDV ilə uyğundur Keçdi
- VAT-REC0 ƏDV-nin bir hissəsi 1C-dən köçürülmüş yazılışlardadır — əlavələrə düşmür Xəbərdarlıq
- VAT-REC2 Əlavə 1 və 7-nin ƏDV cəmi baş kitabla uyğun gəlmir. Fərq: 180,00 ₼ Bloker
Panel nümunədir; kodlar və mesajlar Otomic-in yoxlama kataloqundandır.
Hesabatlar
Sənədlərdən yığılan rəsmi formalar.
Formalar əl ilə doldurulmur — dövrün təsdiqlənmiş sənədlərindən qurulur və hər rəqəm onu doğuran sənədə açılır.
- ƏDV ƏDV bəyannaməsinin əlavələri Ə.1 — Ə.8; Ə.1 iki hissədə (YGB və e-qaimə) Vergilər Nazirliyi portal faylırəsmi blanknəzarət Excel-i
- VB Vahid bəyannamə Əlavə №1; Əlavə №4 — güzəştlər, MDSS, işsizlik, İTS bölmələri Vergilər Nazirliyi rəsmi blank (Excel)audit CSV
- 4-əmək Əmək üzrə aylıq/rüblük statistik hesabat Dövlət Statistika Komitəsi rəsmi blank (Excel)
- 1-əmək Əmək üzrə illik statistik hesabat Dövlət Statistika Komitəsi rəsmi blank (Excel)
ƏDV əlavələri portalın qəbul etdiyi faylla hazırlanır. Göndərmə və elektron imza mühasibin öz sertifikatı ilə aparılır.
Mühasiblərin sualları
Müştəri müəssisələri ilə işləyənlər soruşur
Müəssisələr bir-birinin datasını görə bilərmi?
Xeyr. Hər müəssisənin datası verilənlər bazasının özündə ayrılır. İcazələr də müəssisə üzrə verilir — bir müəssisədə tam hüquqlu olan istifadəçi digərində yalnız baxış hüququna malik ola bilər.
Bağlanmış dövrdə səhv tapsam nə edim?
Bağlı dövrə yazılış getmir. Səlahiyyətli istifadəçi dövrü yenidən açır, düzəliş storno yazılışı ilə aparılır — kitablaşdırılmış yazılış silinmir. Dövrün açılıb-bağlanması jurnalda qalır.
Yoxlama xəta tapsa nə olur?
Bloker varsa fayl yaranmır: əvvəlcə səbəb aradan qaldırılmalıdır. Xəbərdarlıq isə faylı dayandırmır — göstərilir və qərarı mühasib verir.
Bəyannaməni Otomic portala özü göndərir?
Xeyr. Otomic faylı portalın qəbul etdiyi formatda hazırlayır. Elektron imza mühasibin sertifikatı ilə atılır və göndərmə onun öz kompüterindən aparılır.
Müştəri müəssisələrinizi bir hesabda toplayın.
30 gün tam funksiya, kart tələb olunmur. Köçürmədə qalıqları və soraqçaları biz gətiririk.