Ticarət və anbar
Topdan və pərakəndə satış: partiya üzrə maya, bir neçə anbar, sayım fərqi və kassa. Satış qiyməti ilə maya arasındakı fərq sənədin özündən görünür.
- Alış
- Anbar
- Satış / POS
- ƏDV bəyannaməsi
Sahələr
Baş kitab, ƏDV və əmək haqqı bütün müəssisələrdə eyni qaydalarla işləyir. Fərq sənədin haradan başlamasındadır: birində mal qəbulu, digərində iş əmri, üçüncüdə istehsalat sifarişi. Aşağıda hər sahənin zənciri və ona işləyən modullar var.
Bu gün dəstəklədiyimiz sahələr
Müəssisə açılanda yalnız öz sahəsinin modulları görünür. Siyahıdakı hər modul bu gün işləyir.
Topdan və pərakəndə satış: partiya üzrə maya, bir neçə anbar, sayım fərqi və kassa. Satış qiyməti ilə maya arasındakı fərq sənədin özündən görünür.
Müqavilə əsasında işləyən şirkətlər: qiymət təklifi, müqavilə və təhvil aktı. Gəlir aktla tanınır, müştərinin qalan borcu isə hesabatlarda açıq görünür.
Tərkib və marşrut üzrə sifariş, material sərfi, buraxılış və maya bağlanması. Bitməmiş istehsalat ayrıca hesabda toplanır və sifariş bağlananda maya hesablanır.
Avtosalon və servis bir bazada: avtomobil stoku, sınaq sürüşü, iş əmri və hissə kataloqu. Satılan avtomobil sonrakı servis tarixçəsi ilə eyni kartda qalır.
Sahənizi burada görmürsünüzsə, bu, Otomic-in işləməyəcəyi demək deyil: uçot nüvəsi, anbar, kadr və bəyannamələr sahədən asılı deyil. Qeyri-adi sənəd zənciri varsa, demo zamanı birlikdə baxaq.
30 gün tam funksiya, kart tələb olunmur. Demo zamanı sizin sənədlərinizlə baxırıq.