Mal sayımı
Sayımın sonu rəqəm deyil, yazılışdır.
Anbar işçisi malı kor sayır — sistemdəki qalığı görmür, ona görə rəqəmi «düzəltmək» imkanı da yoxdur. Sayım bitəndə fərq artıq və əskik üzrə ayrıca çıxır, mühasib onu görüb təsdiqləyir: eyni anda qalıq da, baş kitab da düzəlir.
Real ekran
İki işçi, iki səlahiyyət, bir sənəd.
Görüntü demo müəssisədən real çəkilişdir: Emin telefonun brauzerində powerbankın barkodunu skan edib 47 yazır, mühasib Aynur isə fərqi və ona uyğun provodkanı görüb tətbiq edir. Anbar işçisi baş kitaba yazılış verə bilmir, mühasib isə sayılan miqdarı dəyişə bilmir.
- Anbar işçisi powerbankın barkodunu skan edir, sətir seçilir və sayılan miqdar 47 yazılır — sistemdəki qalıq ekranda yoxdur
- Beş mal sayılıb: kor sayımda yalnız işçinin yazdığı rəqəm görünür
- Mühasibin ekranı: Sony qulaqlıq +1 (560 ₼ artıq), Anker powerbank −2 (103,59 ₼ əskik) və baş kitaba düşəcək yazılış — Dt 205.1 / Kt 611.10, Dt 731.10 / Kt 205.1
- Təsdiq pəncərəsi: iki mal üzrə qalıq düzəldiləcək və yazılış veriləcək
- Tətbiq olunub: yazılış JE-2026-000037, əskik məbləğ FIFO ilə 104,00 ₼-ə dəqiqləşdi
-
Kor sayım
Sayan işçi gözlənilən qalığı və mayanı görmür — nə ekranda, nə cavabda. Fərqlər yalnız sayım bitəndən sonra açılır.
-
Barkod və kamera
Sətir barkod skaneri ilə və ya telefonun kamerası ilə tapılır; miqdar elə həmin sətirdə yazılır. Tanınmayan barkod mala bağlanır.
-
Artıq və əskik ayrıca
Artıq və əskik bir-birini əvəzləmir: artıq gələn mal 611-10 gəlirinə, əskik gələn 731-10 xərcinə düşür (Hesablar Planının şərhi, 22.59 və 22.56).
-
Sayım zamanı satış dayanmır
Fərq sayımın öz anındakı qalığa görə tətbiq olunur — sayımdan sonra satılan və ya qəbul edilən mal geri yazılmır.
Suallar
Sayım haqqında
Sayım gedərkən satış davam edirsə, rəqəm korlanmır?
Korlanmır. Sayım açılanda hər malın o andakı qalığı sənədə yazılır və fərq həmin rəqəmə görə hesablanır. Tətbiq zamanı fərq cari qalığa əlavə olunur, onun üzərinə yazılmır — yəni sayımdan sonra satılan mal «tapılmış» kimi geri qayıtmır. Sayım başlayandan sonra hərəkət edən mallar baxış ekranında ayrıca işarələnir.
Kor sayım nə deməkdir?
Sayan işçi sistemdəki gözlənilən qalığı görmür — sətirdə yalnız malın adı və özünün yazdığı miqdar var. Bu, rəqəmin «uyğunlaşdırılmasının» qarşısını alır. Qalıq və fərq sayım bitəndən sonra açılır; fərqi yoxlayan mühasib isə sayılan miqdarı dəyişə bilmir.
Fərq hansı hesablara düşür?
Artıq gələn mal Dt 205 / Kt 611-10, əskik gələn Dt 731-10 / Kt 205 yazılışı ilə əks olunur — Hesablar Planının şərhindəki 22.59 və 22.56 bəndləri. İki fərq bir-birini əvəz etmir: gəlir və xərc ayrı sətirlərdə qalır. Əskiyə görə təqsirkar şəxs müəyyən edilirsə, məbləğin onun hesabına keçirilməsi mühasibin ayrıca yazılışıdır.
Əskik gələn malın dəyəri necə hesablanır?
Anbarın maya metodu ilə: FIFO-da ən köhnə partiyanın qiyməti ilə, orta maya metodunda isə cari orta maya ilə. Baxış ekranında təxmini rəqəm görünür, təsdiq anında dəyər faktiki sərfdən dəqiqləşir — yəni anbar reyestri ilə baş kitab eyni rəqəmi daşıyır.
Bütün anbarı saymaq şərtdir?
Şərt deyil. Sayım üç cür açılır: seçilmiş mallar üzrə, bir zona (rəf qrupu) üzrə və tam anbar üzrə. Sayılmayan sətirlərin qalığına toxunulmur və onların sayı baxış ekranında ayrıca göstərilir.
Tətbiq olunmuş sayımı geri almaq olar?
Xeyr. Yazılış verildikdən sonra sayım ləğv edilmir və sayılan miqdar dəyişdirilmir — sənəd olduğu kimi qalır. Səhv sayılıbsa, düzgün miqdarla yeni sayım aparılır; hər iki sənəd və onların yazılışları tarixçədə görünür.
Növbəti sayımı Otomic-də aparın.
30 gün tam funksiya, kart tələb olunmur. Sınaq hesabında anbar, sayım və mühasibatlıq modulları açıqdır.