Əsas vəsaitlər
Noutbuk anbara düşmür. Aktivə çevrilir.
Alış sənədində sətrin təyinatı seçilir: əsas vəsait kimi alınan mal stok qalığına və FIFO-ya girmir, dəyəri 113-də istismara verilməyi gözləyir. İnventar nömrəsi, amortizasiya qrupu və aylıq hesablama ayrı-ayrı sənədlərdir — hər biri öz yazılışı ilə.
Real ekran
Bir alış, dörd sənəd, bir zəncir.
Görüntü demo müəssisədən real çəkilişdir: Emin üç noutbuku «Əsas vəsait» təyinatı ilə sifariş edir, mühasib Aynur isə qəbuldan amortizasiyaya qədər zənciri aparır. Hər addımda baş kitaba nə yazılacağı təsdiqdən əvvəl görünür.
- Mal qəbulunun yazılışı: noutbuklar anbar hesabına yox, Dt 113 kapitallaşdırma hesabına 5 550 ₼, ƏDV isə Dt 241.1 999 ₼ düşür
- Mühasibin ekranı: «uçota qəbul gözləyən» siyahıda qaimə üzrə 3 ədəd, 5 550 ₼ — anbar qalığına düşməyib
- Uçota qəbul sənədi təsdiqlənib: bir sətirdən üç kart, hərəsinə ayrıca inventar nömrəsi, seriya nömrələri kartlara paylanıb
- İstismara vermə aktı: amortizasiya qrupu, 48 ay müddət, məsul şəxs və hər aktiv üzrə yazılış — Dt 111 / Kt 113
- Sentyabr amortizasiyası sənədi: hər noutbuka 38,54 ₼, cəmi 115,62 ₼ — Dt 721.1 / Kt 112
- Reyestr: üç kart istismardadır, ilkin dəyər 5 550 ₼, yığılmış amortizasiya 115,62 ₼, qalıq 5 434,38 ₼
-
Sətrin təyinatı
Eyni nomenklatura bir sənəddə satılası mal, başqasında əsas vəsait ola bilər. Əsas vəsait sətri Dt 113, qeyri-maddi aktiv Dt 103 ilə yazılır və anbar qalığı yaranmır.
-
Uçota qəbul
Qaimənin bir sətri miqdar qədər ayrıca karta çevrilir: bir inventar nömrəsi — bir aktiv. Seriya nömrələri kartlara paylanır. Bu sənəd yazılış yaratmır — dəyər artıq 113-dədir.
-
İstismara vermə aktı
Amortizasiya qrupu və faydalı istifadə müddəti burada seçilir. Qrupu və ya məsul şəxsi olmayan aktiv istismara verilmir; yazılış Dt 111 / Kt 113.
-
Amortizasiya sənəddir
İlkin hesablama, qaralama, provodka önbaxışı, təsdiq. Eyni dövr ikinci dəfə hesablanmır, yazılış xərc hesabı üzrə qruplaşır.
Suallar
Əsas vəsaitlər haqqında
Niyə əsas vəsait birbaşa 111-ə yazılmır?
Alınan avadanlıq hələ istifadəyə verilməyib: quraşdırılır, anbarda gözləyir və ya sənədləri tamamlanır. Ona görə alış dəyəri əvvəlcə 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» hesabında toplanır (qeyri-maddi aktivdə 103). 111-ə keçid istismara vermə aktı ilə olur və amortizasiyanın başlanğıcını da o müəyyən edir.
Əsas vəsait kimi alınan mal anbar qalığında görünürmü?
Görünmür. Alış sifarişinin sətrində təyinat «Əsas vəsait» və ya «Qeyri-maddi aktiv» seçilibsə, qəbul zamanı stok təbəqəsi açılmır və mal satıla bilən qalığa düşmür. Sətir mühasibin «uçota qəbul gözləyən» siyahısına keçir və kart yaradılana qədər orada qalır.
İnventar nömrəsi necə verilir?
Uçota qəbul sənədində. Nömrə ardıcıllıqla belə seçilir: əl ilə yazılmış nömrə, qrup seriya və ya VIN üzrə nömrələnirsə həmin sətirdəki seriya/VIN, sonra qrupun öz sayğacı. Verilmiş nömrə kart silinsə də bir daha istifadə olunmur.
Amortizasiya nə vaxt başlayır?
Standart qaydada istismara verildiyi aydan sonrakı aydan. 10 avqustda istismara verilmiş noutbuk avqust hesablamasına düşmür, ilk amortizasiya sentyabrdadır. Başlanğıc qaydası sazlamadan dəyişdirilə bilər. Hesablama dövrü günlük, aylıq, rüblük və ya illik ola bilər.
Amortizasiyanı səhvən iki dəfə hesablamaq olarmı?
Olmaz. Aktivin həmin dövrü örtən hesablaması varsa, ilkin hesablama onu siyahıdan çıxarır. Amortizasiyası hesablanmış aktivin istismara vermə aktı da geri alınmır — əvvəlcə amortizasiya sənədi geri alınmalıdır.
Silinmə, satış və yenidən qiymətləndirmə də var?
Var: silinmə, satış, modernizasiya və yenidən qiymətləndirmə aktları — hər biri öz provodka önbaxışı ilə; inventarizasiya və yerdəyişmə sənədləri isə yazılış yaratmır. Vergi amortizasiyası (VM 114) ayrıca registrdir və baş kitaba yazmır: mühasibat amortizasiyası ilə qarışmır.
Aktivi alışdan silinməyə qədər bir sənəd zəncirində izləyin.
30 gün tam funksiya, kart tələb olunmur. Sınaq hesabında alış, əsas vəsaitlər və mühasibatlıq modulları açıqdır.