Daxili çat
Sualı işin içindən verin.
Çat ERP-nin özündədir: mühasib hesabatdan çıxmadan həmkarına yazır, sənədi söhbətə atır və cavabı eyni ekranda alır. Ayrı messencer, ayrı parol, işçinin şəxsi nömrəsində qalan yazışma yoxdur.
Real ekran
Dövr bağlanır, sual yolda qalmır.
Aşağıdakı görüntü demo müəssisədən real çəkilişdir: mühasib Aynur dövriyyə-saldo cədvəlinə baxarkən Emindən avqust qaiməsini soruşur və cavabı sənədlə birlikdə elə orada alır.
- Mühasib Aynur mühasibatlıq ekranından çıxmadan çatı açır və Emin ilə söhbətə keçir
- Aynur yazır: «Kompüter Evi»nin avqust qaiməsi gəlibmi? Dövrü bu gün bağlamaq istəyirəm.
- Emin mesajı oxuyur — mesajın yanında iki işarə yaşıllaşır
- Emin cavab yazır — «yazır…» göstəricisi görünür
- Emin: «Gəlib, bu gün e-qaiməni təsdiqlədim. Mal qəbulu da yazılıb.»
- Emin mal qəbulu sənədini PDF fayl kimi göndərir
- Aynur: «Əla, provodkası da düşüb. Avqustu bağlayıram.»
-
Şəxsi və qrup söhbəti
Hər işçi ilə ayrıca və ya şöbə üzrə qrup halında yazışma. Siyahıda yalnız öz müəssisənizin əməkdaşları görünür.
-
Oxundu və «yazır…»
Mesajın oxunduğunu iki yaşıl işarə göstərir; qarşı tərəf cavab yazanda bunu dərhal görürsünüz.
-
Fayl və səsli mesaj
Qaimə, akt və ya şəkil — sənədi söhbətə atmaq bir klikdir. Yazmağa vaxt olmayanda səsli mesaj göndərin.
-
Onlayn status
Kimin hazırda sistemdə olduğu adının yanındakı yaşıl nöqtədən görünür.
Komandanızı bir ekranda toplayın.
30 gün tam funksiya, kart tələb olunmur. Sınaq hesabında çat da daxil olmaqla bütün modullar açıqdır.